Noyabrda Azərbaycanın elektrik enerjisi ixracı azalıb

Noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 120,57 milyon kilovat/saat, ixracı 89,14 milyon kilovat/saat, idxalı 10,6 milyon kilovat/saat olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, keçən ilin eyni ayı ilə müqayisədə bu ilin noyabrında ölkədə elektrik enerjisinin istehsalı 59,3 milyon kilovat/saat, ixracı 45,56 milyon kilovat/saat azalıb, idxalı isə 3 milyon kilovat/saat artıb.

ƏvvəlkiBakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı Çinlə sərhədə çatıb
NövbətiAzərbaycanda oktyabrın ortalarından sonra yoluxma sayında 10 dəfəyə qədər artım olub