Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və Herseqovina, Ukrayna, Ekvador, Rumıniya, Gürcüstan və Türkiyədən olan üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyiblər.

Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilir.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olaraq Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyirik. Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkətlər qətiyyən yolverilməzdir”,- deyə üzvlərin açıqlamasında deyilir.