Nigeriyada məcburi köçkün düşərgəsində 36 nəfər ölüb

Nigeriyanın mərkəzində məcburi köçkünlər üçün düşərgədə ən azı 36 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti Benue ştatının Quma dairəsinin sədri Maykl Ubuya istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, Mqbane kəndində bir qrup yaraqlı fermer məcburi köçkünlər üçün yataqxana kimi istifadə edilən məktəb binasına soxularaq atəş açıb.

Nəticədə azı 36 nəfər həlak olub, yaralananlar var.

ƏvvəlkiUlu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib
NövbətiTaekvondoçumuz Rumıniyada qızıl medal və Avropa Oyunlarına lisenziya qazanıb