“Neftçi” Avropa Liqasında “Qalatasaray”a məğlub oldu

Bu gün UEFA Avropa Liqasının seçmə mərhələsi çərçivəsində Azərbaycanın “Neftçi” futbol klubu ilə Türkiyənin “Qalatasaray” klubu qarşılaşıb.

Bakı Olimpiya Stadionunda keçən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları M.Diane (19, 63) və K.Luyindama (48) vurublar, “Neftçi”nin isə yeganə qolunu 46-cı dəqiqədə M.Mboc vurub.

Beləliklə, “Neftçi” UEFA Avropa Liqasında çıxışını mübarizəni dayandırıb, “Qalatasaray” isə növbəti mərhələyə yüksəlib.

Əvvəlki“BakıKart”ın onlayn ödəmə sisteminə keçidi niyə ləngiyir? – Rəsmi açıqlama
NövbətiAzərbaycana “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib