Neftçalada Vətən müharibəsi şəhidinin xatirə abidəsi açılıb

Neftçala rayonunda Vətən müharibəsi şəhidi Kəlbiyev Telman Yadigar oğlunun xatirə abidəsinin açılışı olub.

“Report”un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

Tədbirdə iştirak edənlər T.Kəlbiyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra şəhidin xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Şəhidin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiŞarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb