Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

“Report” xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist İbrahim Məmmədov təyin edilib.

Qeyd edək ki, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. “Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” adlı elmi monoqrafiyanın və yüzlərələ məqalənin müəllifidir. “1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir” adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Əməkdar jurnalistdir. “Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi” adlı 3 hissəli sənədli filmin müəllifidir.

“Azadlıq” qəzetində, “Space” və ANS telekanallarında işləyib.

2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. 2015-ci ilin sentyabrından indiyədək ARB TV-də sədr müavini vəzifəsini tuturdu.

ƏvvəlkiYeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
NövbətiMüxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb