Nazirdən yüksək vəzifəyə təyinat

“Azərkosmos” ASC-nin Marketinq Departamentinin rəhbəri Aysel Soltanova vəzifəsindən ayrılıb.

Türk.az Report-a istinadən xəbər verir ki, o, bundan sonra öz fəaliyyətini “Baktelekom” MMC-də davam etdirəcək.

Məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə A.Soltanova “Baktelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.

Qeyd edək ki, ötən ayın əvvəlində Nail Mərdanov da bu qurumda eyni vəzifəyə təyin edilmişdi.

ƏvvəlkiAzərbaycanın yüksək rütbəli diplomatının qızı vəfat etdi
NövbətiTəlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb