Nazir: “Hindistan Pakistan ilə birgə layihədə iştirak etməyə hazır deyil”

“Hindistan İran-Pakistan-Hindistan qaz kəməri layihəsinə dair anlaşma memorandumunu Pakistanın iştirak etdiyinə görə imzalamağa hazır deyil”.

Türk.az “Sputniknews”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın neft və təbii qaz naziri Dharmendra Pradhan jurnalistlərə bildirib.

“Biz Pakistanla sövdələşmək istəmirik. Bizə daha çox Rusiyanın LNG-si maraqlıdır”, – deyən hindistanlı nazir Rusiyanın “Vostol Oil Arctic” layihəsinə sərmayə qoymağa hazırlaşdıqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, Hindistan hökuməti 2019-cu ilin avqust ayında Pakistanla aralarında mübahisə mövzusu olan Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv edərək həmin bölgədə iki müttəfiq vahid yaratmış, bununla da iki ölkə arasındakı münasibətlər kəskinləşərək bir sıra məhdud miqyaslı silahlı toqquşmalar baş vermişdi.

Hələ 2017-ci ilin noyabr ayında Rusiyanın “Gazprom” dövlət qaz şirkəti ilə İranın NİOC dövlət neft-qaz şirkəti arasında imzalanmış anlaşma memorandumu İrandan Pakistan üzərindən Hindistana qaz kəməri tikintisi üçün texniki iqtisadi əsaslandırma sənədlərini hazırlamağı nəzərdə tuturdu. İyun ayında Rusiyanın energetika naziri Aleksandr Novak İran-Pakistan-Hindistan qaz kəmərinin tikintisinə dair İran və Pakistan tərəfləri ilə memorandum imzaladıqları kimi, Hindistanla da bənzər memorandum imzalamaqda maraqlı olduqlarını açıqlamışdı.

“Vostok Oil” Rusiyanın “Rosneft” dövlət neft şirkəti ilə “Nefteqazholding” neft-qaz şirkəti arasında Arktika bölgəsinin karbohidrogen yataqlarını istismar etmək üçün yaradılan birgə müəssisədir.

ƏvvəlkiBakı Nəqliyyat Agentliyi qanunsuz parklanmaya nəzarəti xüsusi avtomobillərlə edəcək
NövbətiBöyük Britaniyanın İrandakı səfiri ölkəni tərk edib