Nazir Ceyhun Bayramov estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib

Oktyabrın 18-də Xarici İşlər naziri Ceyhun Bayramov və Estoniya Xarici İşlər naziri Urmas Reynsalu arasında telefon danışığı olub.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Estoniyalı həmkarına Ermənistanın atəşkəsi pozması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və mülki infrastrukturların məqsədyönlü şəkildə hədəf alındığı, o cümlədən humanitar atəşkəsin rəsmi elan olunmasından sonra iki dəfə Gəncəyə edilən raket hücumları qeyd olunub. Gəncə şəhərinə edilən son raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla, 13 mülki şəxsin həlak olduğu, 48 nəfərin yaralandığını qarşı tərəfin diqqətinə çatdırılıb. Bu əməlləri müharibə cinayətləri kimi qiymətləndirən nazir Bayramov, buna görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğulanıb.

Nazir Urmas Reynsalu öz tərəfindən münaqişənin siyasi yolla həll olunmasının vacibliyini ifadə edib. Humanitar atəşkəsə hörmət etməyin vacibliyini vurğulayan Estoniya Xarici İşlər naziri bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rolunu və Estoniyanın BQXK-ya verdiyi humanitar yardım vasitəsilə töhfəsini qeyd edib.

ƏvvəlkiAzərbaycanda daha 647 yeni yoluxma faktı qeydə alınıb
NövbətiAzərbaycan Prezidenti: “Cəbrayılın 13 kəndi azad edilib”