Nazir Beynəlxalq Ticarət Palatasının Baş katibi ilə COP29-a hazırlığı müzakirə edib

Beynəlxalq Ticarət Palatasının Baş katibi Con Denton ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiXİN Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatına münasibət bildirib
NövbətiAzərbaycanlı QHT nümayəndəsi BMT İnsan Haqları Şurasının sessiyasında mina problemini qaldırıb