Naxçıvanın mədəniyyət naziri vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Natəvan Qədimovanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Reportun yerli bürosunun məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin”.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.

ƏvvəlkiƏfv Sərəncamının icrasına başlanılıb
NövbətiŞamaxı Üzüm Tingçilik Mərkəzində 500 min ədəd yerli sort calaq ting istehsal olunacaq