Naxçıvanda bu ilin altı ayında yardım alan ailələrin sayı 1500 nəfər olub

Naxçıvan Muxtar Respublikasında bu ilin altı ayında yardım alan ailələrin sayı 1500 nəfər olub.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirliyi 2023-cü ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası üzrə aztəminatlı ailələrə Ünvanlı Dövlət Sosial Yardımı təyin edilməsi və ödəniş aparılması ilə bağlı ötənilki dövrlə müqayisəli təhlilini təqdim edib.

2022-ci ildə ünvanlı dövlət yardımı almış vətəndaşların sayı 1626 nəfər və adambaşına düşən məbləğ 42 manat idisə, 2023-cü ilin altı ayında vətəndaşların sayı 3365 nəfər və adambaşına düşən məbləğ isə 70 manat olub.

Həmçinin, yardım alan ailələrin sayı isə 2023-cü ilin altı ayında 1500 nəfər, aylıq ödəniş məbləği isə 695 manat olub.

ƏvvəlkiYanvar-iyun aylarında orta aylıq pensiya 18 faiz artıb
NövbətiAğdamın Sarıcalı kəndində mina təmizləmə işləri aparılan zaman insan sümükləri aşkarlanıb