Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb

Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb. Qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında həyəcan siqnalı ilə məşq etdirilib.

2020-ci tədris ilində qarşıda duran əsas məqsəd və vəzifə muxtar respublikanın müdafiəsinin daha etibarlı və tam zəmanətlə təmin edilməsi, Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı koordinasiyasıdır.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni tədris ilinin ilk taktiki-sıra məşğələlərinin keçirilməsinə başlanılıb.

ƏvvəlkiAtəşkəs rejimi 21 dəfə pozulub
NövbətiDövlət başçısı: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikilməsi bizim tarixi qələbəmizdir”