NATO ölkələrinin yarısı Finlandiya və İsveçin alyansa qoşulmasını ratifikasiya edib

Şimali Atlantika Alyansına (NATO) üzv olan 30 ölkədən 15-i Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu ratifikasiya edib.

Trend xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde özünün “Twitter” səhifəsində məlumat verib.

“Bu gün NATO üzvlərinin yarısı İsveç və Finlandiyanın ərizəsini ratifikasiya edib. Ratifikasiya üçün bütün 15 (dövlətə – red.) təşəkkürlər”, – siyasətçi yazıb.

ƏvvəlkiPrezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
NövbətiPrezident İlham Əliyev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib