NATO-nun Baş katibi İlham Əliyevə zəng edib

NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Dövlətimizin başçısı dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.

NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

ƏvvəlkiBu günə qədər Azərbaycanda COVID-19 əleyhinə 12 milyon 478 min 529 doza vaksin vurulub
NövbətiCüdoçularımız “Böyük dəbilqə” turnirində iştirak etmək üçün İsrailə yola düşüblər