Naqif Həmzəyev gəncləri ”5 kitab danış, 1 kitab qazan”mağa dəvət etdi

Bu günlər dünyanı cənginə almış koronavirus (COVID-19) infeksiyası ilə bağlı, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da həyata keçirilən sosial izolyasiya tədbirləri çərçivəsində həyati önəm kəsb edən addımlar atılır

Milli Məclisin deputatı Naqif Həmzəyev koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan olunmuş karantin rejimini nəzərə alaraq, gənclərin zamandan səmərəli istifadəsinə yardım olaraq maraqlı sosial aksiya başladıb. 

Millət vəkili rəsmi facebook səhifəsində Gəncə şəhərində yaşayan şagird və tələbələrə müraciət edərək kampaniyaya qoşulmağa dəvət edib: Oxuduğunuz 5 kitabın hər biri barədə 1 dəqiqəlik qısa video çəkib info@hamzayev.az ünvana göndərin və bir kitab hədiyyə qazanın. 

Tədrisə, iş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verir. O cümlədən sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, bir-birimizlə ünsiyyəti davam etdirə, asudə vaxtlarımızı dəyərləndirə bilirik. 

Əziz gənclər, bizi evlərimizdə sosial izolyasiyaya vadar edən bu şəraitin doğurduğu zamanı da səmərəli dəyərləndirməyə çalışaq, millət vəkili Naqif Həmzəyevin başlatdığı ”5 kitab danış, 1 kitab qazan” adlı sosial aksiyaya qoşulaq. 

Videoların göndərilməsi üçün:

info@hamzayev.az

ƏvvəlkiAzərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb
NövbətiSabah QHT-lərin koronavirusla bağlı ümumrespublika onlayn konfransı keçiriləcək