Naqif Həmzəyev: Gənclər nə istəyir?

Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.

Heç kəsə sirr deyil ki, hər hansı bir ölkənin xoşbəxt gələcəyə olan ümidləri ilk növbədə gənclərə bağlıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gündən-günə çiçəklən, inkişaf edən müstəqil Azərbaycanda dövlətin və xalqın gələcəyinə istiqamətlənmiş siyasət və strategiya bu günün gənclərinin qarşısında böyük imkanlar, şəraitlər açıb. Sabahını, parlaq gəcəyini düşünən Azərbaycan dövlətinin gənclər siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı həmişə olub, indi də var. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük, vətənpərvər gənclər ordusu yaranıb. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.

Dövlətin və cəmiyyətin birgə fəaliyyət göstərdiyi müstəqil ölkəmizin bütün sahələrində – dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar. Belə olan halda cəmiyyət gənclərdən nə gözləyir və yaxud sabahımızı əmanət etdiyimiz gənclərin istəyi nədir? Bu sualın cavabı ölkəmizdə artıq neçə illərdir Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində öz dəqiq əksini tapıb. Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən coxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı kimi uğurla həyata keçirilir.Qürurverici haldır ki, bu günün gəncləri Azərbaycanın ictimai-siyasi  həyatında daim fəallıqları ilə seçilir, öz düşüncə bə baxışları ilə  dünyada, ölkədə baş verən hadisələrə münasibətlərini bildirir, cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər.

Dövlət, xalq qarşısında vəzifə və məsuliyyətini yaxşı dərk edən Azərbaycan gəncləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin sürətli inkişafında, qüdrətinin artmasında, mənafeyinin qorunması və möhkəmlənməsində ön sıralarda addımlayırlar.

ƏvvəlkiGürcüstanda köhnə avtobusu yenisi ilə əvəzləyib qayıdan daha bir Azərbaycan vətəndaşı ifşa olunub
NövbətiAtəşkəs rejimi 25 dəfə pozulub