“Nağıllar aləminə səyahət” dərnəyində şagirdlər arasında qrup yarışması təşkil olundu

Aprelin 23 -dəBakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində yaradılan “Nağıllar aləminə səyahət” dərnəyində şagirdlər arasında qrup yarışması təşkil olundu.

Dərnəkdə şagirdlər qruplara bölündü və hər qrupa Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında nağıllar paylanıldı. Dərnək üzvləri açıq havada dairəvi istirahət guşəsinə toplaşdılar. İştirakçılar təlimçimiz Nüşabə Mehtiyeva tərfindən qruplara bölündü. Qruplar üzrə liderlər seçildi. Hər qrup lideri nağılı orta səslə oxuyaraq öz qrup yoldaşları ilə bölüşdü. Sonra qruplar fikir mübadiləsi və müzakirəsi etdilər. Təlimçi Nüşabə Mehtiyevanın köməyi ilə nəticə çıxartdılar və refleksiya yoxlanıldı. Kitabların sonunda yerləşən yaradıcı suallar ev tapşırığı kimi iştirakçılara verildi. Təlim çox yaradıcı və şən keçdi. Hər kəs bu cür dərnəklərin təşkilinin oxu mədəniyyətinin yaradılmasında və inkişafında böyük rol oynayacağını vurğuladı.

ƏvvəlkiAzad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti səkkizinci təlim keçirildi
NövbətiAilə institutunun inkişafında adət-ənənələrin rolu layihəsi Quba rayonunda həyata keçirilir