Musiqili Teatrın solisti TÜRKSOY-un mükafatına layiq görülüb

Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərindəki tarixi Bellapais monastırında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un 25 illiyinə həsr olunmuş Beynəlxalq Opera Günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi, həmçinin, Mədəniyyət məsələləri üzrə Departamentinin dəstəyi ilə reallaşan tədbirə türk dünyasının tanınmış opera ulduzları qatılıb. Belə ki, beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Eleonora Mustafayeva təmsil edib. Konsertdə iştirakçılar klassik əsərlər və mənsub olduğu xalqın milli operalarından nümunələr təqdim ediblər.

Həmyerlimiz, qırğızıstanlı konsertmeyster Yulia Babiçin müşayiəti ilə “Sevgilim” , “Əziz Surət”, “Tu, ca nun chiagne” əsərlərini, “La Gioconda” operasından Giocondanın ariyasını ifa edib.

Sonda Eleonora Mustafayeva və digər iştirakçılar TÜRKSOY tərəfindən mükafatlandırılıb

ƏvvəlkiEleonora Mustafayeva
NövbətiKokorin və Mamayev