MÜSİAD Azərbaycan bu ilin ilk iftar proqramını şəhid və qazi ailələri ilə təşkil edib

Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi – MÜSİAD Azərbaycan bu ilin ilk iftar proqramını İsmayıllıda təşkil edib.

Trend-in məlumatına görə, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərliyi ilə Bakıdan yola düşən nümayəndə heyəti əvvəlcə Qobustanda MÜSİAD Azərbaycan tərəfindən bərpa edilən “Türk məzarlığı” abidəsini ziyarət edib.

Proqram çərçivəsində İsmayıllıda Şəhidlər xiyabanı ziyarət edilərək, qəhrəman şəhidlərimizin xatirəsi yad edilib. Daha sonra nümayəndə heyəti İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovla görüşüb, əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparıblar.

İftar proqramında birinci və ikinci Qarabağ şəhidlərinin ailələri, veteranlar və onların ailələri, rayon sakinləri, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonda fəaliyyət göstərən qurumların rəhbərləri və MÜSİAD Azərbaycan üzvləri də daxil olmaqla 500-ə yaxın qonaq iştirak edib.

Qeyd edək ki, MÜSİAD Azərbaycan iftar proqramlarına aprelin 15-də Saatlıda, 24-də isə Bərdədə davam edəcək. İftar süfrələrində şəhid ailələri, qazilər və qazi ailələri bir araya gələcəklər.

ƏvvəlkiBakı Elm Olimpiadası keçiriləcək
NövbətiPrezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib