Müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti ikigünlük dayandırılacaq

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq iyulun 18-dən gecə 00:00-dan iyulun 20-si səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu gün isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.

ƏvvəlkiCeyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
NövbətiHava nəqliyyatı ilə sərnişindaşıma 60,4 faiz azalıb