Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumatlar yer alır.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

ƏvvəlkiAzərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb
NövbətiHərbi qulluqçuların maaşları artırıldı