Müdafiə Nazirliyi: Ermənistan tərəfi təxribat xarakterli yalan məlumatlar yaymağa davam edir

Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən “Smerç” YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir: “Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır”.

ƏvvəlkiPakistan XİN: “Qarabağda cərəyan edən hadisələri yaxından izləyirik”
NövbətiTeledərslərin oktyabrın 16-na olan cədvəli