Müdafiə Nazirliyi: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

Ermənistan Azərbaycan ilə dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

ƏvvəlkiAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür
NövbətiSahibə Qafarova: Ümid edirik ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqına qarşı törədilən terrora biganə qalmayacaq