Müdafiə naziri ön xətdə xidmət edən hərbi qulluqçularla görüşüb

Genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar.

Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Sonda ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib və onlarla çay süfrəsi arxasında  söhbət aparılıb.

ƏvvəlkiAtəşkəs rejimi 25 dəfə pozulub
NövbətiPrezident İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib