Mübariz Mənsimov azadlığa buraxıldı

Xəbər verdiyimiz kimi, bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Türk.az-ın məlumatına görə, şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib.

Hakimin qərarına əsasən, Mübariz Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb.