Hikmət Hacıyev İsrailə təşəkkür edib: “Bir həyatı xilas edən bütün dünyanı xilas edir”

“Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, – o, “Şindlerin siyahısı” filmindən sitat gətirib.

Əvvəlki“YAŞAT” Fondunun Türkiyəyə göndərdiyi 4 qazi sağalaraq Vətənə qayıtdı
NövbətiMübariz Mənsimov azadlığa buraxıldı