MSK Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Zahid Orucun növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.

ƏvvəlkiMSK Fuad Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib
NövbətiFazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib