Mövlud Çavuşoğlu Antonio Quterreş ilə görüşüb

BMT-nin az inkişaf etmiş ölkələr üzrə konfransında iştirak etmək üçün Qətərdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin Baş katibi Antono Quterreş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu tviter hesabında paylaşım edib. Türkiyənin XİN başçısı zəlzələdən sonra göstərdiyi dəstəyə görə BMT-yə təşəkkürünü bildirib. “Əminə xanım Ərdoğanın başlatdığı “Sıfır tullantı” təşəbbüsümüzü, Ukraynadakı durumu və İstanbul taxıl sazişini müzakirə etdik”, – deyə Mövlud Çavuşoğlu paylaşımda qeyd edib.