Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib

    Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Cənubi Koreyadan yüklərin Transsibir magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyə istiqamətində daşınması məsələsi müzakirə edilib. Tərəflər daşıma mexanizmləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artırılması məsələsini diqqət mərkəzində saxlayıblar.