“Azad Müəllimlər” İctimai Birliyinin layihəsi çərçivəsində ilk təlim keçirildi

Bu gün, iyun ayının 22-də Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 33 № li Zəngilan rayon tam orta məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad Müəllimlər” İctimai Birliyinin həyata keçirdiyi “Distant təhsillə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində ilk təlim keçirildi. Təlimçilər Nüşabə Mehtiyeva, Sədaqət Məmmədova İKT vasitəsi ilə sərbəst distant təhsilin təşkili istiqamətində müəllim, şagird və valideynlərin bilik, bacarıq və vərdişlərinin formalaşmasını zəruri edən birgə fəaliyyət mexanizminin yolları haqqında təlim iştirakçılarına zəruri biliklər və əhəmiyyətli məlumatlar verdirlər.
Xatırladaq ki, 2 təlimçi tərəfindən şagirdlər, müəllimlər və valideynlər üçün eyni anda 2 təlim verildi. 50 nəfər iştirakçı hər birində 25 nəfər olmaqla 2 qrupa bölündü. Təlim hər qrupda 15 müəllim, 5 valideyn və 5 şagird olmaqla 3 saat davam etdi. Təlimin sonunda nümunə dərsi verildi və iştirakçılar arasında sorğu aparıldı.

“Azad Müəllimlər" İctimai Birliyinin layihəsi çərçivəsində ilk təlim keçirildi

“Azad Müəllimlər" İctimai Birliyinin layihəsi çərçivəsində ilk təlim keçirildi
ƏvvəlkiMoskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib
Növbəti“Ailə Dünyası” bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat işlərinə start verib