Monteneqroda 11 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə üç günlük matəm elan olunub

Monteneqroda silahlı şəxsin ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfərin öldüyü faciə ilə bağlı üç günlük matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, Monteneqro hökuməti ötən gün baş verən silahlı hücumla əlaqədar ölkədə üç günlük matəm elan edildiyini açıqlayıb. Bildirilib ki, faciəli hadisə ilə bağlı ölkədə dövlət bayraqları endirilib, bütün kütləvi tədbirlər ləğv olunub.

Bundan başqa, ölkədəki restoran və kafelərdə musiqi səsləndirilməsi 3 gün müddətinə qadağan olunub və bütün idman tədbirləri ləğv edilib.

Xatırladaq ki, avqustun 12-də Çetinye şəhərində silahlı şəxs ailə münaqişəsi zəminində öz ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb, silahlı şəxs isə polislə atışma zamanı zərərsizləşdirilib.

ƏvvəlkiYaponiyanın Baş naziri Əli Əsədova məktub göndərib
NövbətiDövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna mediatur təşkil edib