Möhsün Nağısoylu və daha iki direktor vəzifələrindən azad olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki institutunun və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrindən azad olunub.

“Report” xəbər verir ki, bunlar aşağıdakılardır:

– Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu;

– Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova;

– Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq tarix elmləri doktoru Nəcəf Müseyibliyə, Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Natiq Allahverdiyevə həvalə olunub.

ƏvvəlkiSon sutkada Azərbaycanda koronavirus infeksiyasından 1778 nəfər sağalıb
NövbətiGürcüstan Prezidenti: “Saakaşvili əfv edilməyəcək”