Mobil cihazların qeydiyyatına görə ödənilən rüsumdan işçilərə də pul veriləcək

Mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun müəyyən hissəsi müvafiq dövlət orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək.

Trend-in məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Yeni təkliflərə əsasən, mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq, müəyyən icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın mobil cihazların qeydiyyatı sisteminin saxlanmasını təmin etmək üçün onun xəzinə hesabına köçürülür.