MN: “Ordumuzun bölmələrinin guya qarşı tərəfə atəş açması barədə məlumat tamamilə yalandır”

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda deyilir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 25 yoluxma faktı qeydə alınıb
NövbətiTürkiyə hərbçiləri İraq və Suriyada 22 terrorçu zərərsizləşdirib