MN: Erməni silahlı dəstələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən Ordumuzun mövqelərini atəşə tutub

Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

ƏvvəlkiTürkiyə hərbçiləri İraq və Suriyada 22 terrorçu zərərsizləşdirib
NövbətiPedaqoji Universitetdə Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüş olub