Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib

Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində hərbçilərimizin həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Nazirliyin rəsmi feysbuk səhifəsində edilən paylaşımda deyilir:

“Misir Ərəb Respublikası hərbi helikopterin qəzaya uğraması nəticəsində insan ölümü və yaralanması ilə bağlı dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir.

Misir bütün həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır, yaralananların tezliklə sağalmasını arzulayır.

Həmçinin Misir bu ağrılı hadisə ilə bağlı Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu ifadə edir”.

ƏvvəlkiPrezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
NövbətiBu gün Azərbaycanda koronavirusa qarşı 37 mindən çox vaksin vurulub