Mingəçevirə yeni icra başçısı təyin edilib

İlham Mehdixan oğlu İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, İ.İsmayılov bu təyinatadək Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

ƏvvəlkiSinoptiklərdən xəbərdarlıq: Yollar buz bağlayacaq
NövbətiKonstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib