Millimiz yoldaşlıq görüşü keçirəcək

Futbol üzrə Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirəcək.

“Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu milli Lyublyana şəhərində Sloveniya ilə üz-üzə gələcək.

Qarşılaşma noyabrın 10-da gerçəkləşəcək.

Qeyd edək ki, müvafiq günlərdə milli komandaların yoldaşlıq oyunu keçirməsi UEFA-nın tələbidir.

ƏvvəlkiDil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiqləndi
Növbətiİqtisadiyyat Nazirliyi: 227 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib