Millimiz qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Milli komandamız Farer adaları yığmasına 3 cavabsız qolla qalib gəlib.

Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-penaltidən.

D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olub.

Paytaxt Torshavnda “Torsvollur” stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Komandaların heyətləri aşağıdakı kimidir:

Farer adaları: 1 Qunnar Nilsen 3 Vilormur Davidsen 4 Atli Qreqersen (k.), 6 Hallur Hansson, 7. Kay Bartalsstovu, 8 Brandur Hendriksson, 9 Gilli Sörensen, 10 Finnur Yustinussen, 14 Yohan Edmundsson, 15 Odmar Feryo, 16 Rene Yonsen

Ehtiyat oyunçular: 12 Teytur Gestsson, 23 Kristian Yönssen, 2 Maqnus Egilsson, 11 Heyni Vatnsdal, 13 Aleks Mellemqaard, 17 Qunnar Vatnhamar, 19 Roqvi Baldvinsson, 20 Eli Nilsen, 21 Klemint Olsen, 22 Pol Yohannus Yustinussen

Baş məşqçi: Lars Olsen

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12 Şahrudin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 3 Ürfan Abbasov, 6 Bəxtiyar Həsənalızadə, 8 Emin Mahmudov, 9 Namik Ələskərov, 10. Ruslan Qurbanov, 11 Ramil Şeydayev, 14 Rahid Əmirquliyev, 15 Cavid İmamverdiyev, 18 Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə

Baş məşqçi: Qurban Qurbanov

Matçın baş hakim Aleksey Yeskov idarə edir. Yan xətt hakimləri Dmitri Mosyakin, Anton Averyanov, dördüncü hakim Valeri Dançenko, əlavə köməkçi hakimlər Mixail Vilkov, Sergey Lapoçkindir (hakimlər briqadası Rusiyadandır).

Əvvəlkiuefa nations league
NövbətiAzərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri, general-mayor Abdusalom Azizov