Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə instaqram hesabı üzərindən canlı konsert keçirib və videoçarx yayımlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə “Aşıqlar” xalq kollektivinin üzvləri iştirak ediblər.

Onlayn konsert proqramında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqilər səsləndirilib.

Əvvəlki“Azərxalça”nın məhsulları Bakı aeroportunda satışa çıxarılıb
Növbəti“Azeri Light” neftinin qiyməti 74 dolları ötüb