Milli Məclisin komitələri fəaliyyətə başlayır

Bu həftə Milli Məclisin payız sessiyasında komitə iclaslarının keçirilməsinə başlanılır.

“Report”un xəbərinə görə, sentyabrın 9-da parlamentin Əmək və sosial siyasət komitəsinin, 10-da isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Əmək və sosial siyasət komitəsinin iclasının gündəliyinə 9 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat

2. Əmək və sosial siyasət komitəsinin 2020-ci il üçün payız sessiyası dövrünə dair işlər planı haqqında

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş)

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş)

5. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqından” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş)

6. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş)

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş)

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində,  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş)

9. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanlarında məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş).

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə 7 məsələ daxil edilib. Bu barədə əlavə məlumat veriləcək.

ƏvvəlkiSutka ərzində atəşkəs rejimi 50 dəfə pozulub
NövbətiPrezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib