Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər

Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirində iştirak etmək üçün bu gün İsveçrənin Cenevrə şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, deputatlar səfər çərçivəsində “Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.

Səfər sentyabrın 19-da başa çatacaq.

ƏvvəlkiBakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür
NövbətiSutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub