Milli Məclisdə qazi atasına vəzifə verildi

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə yeni müdir müavini təyin olunub.

Trend-in məlumatına görə, parlamentin Sədri Sahibə Qafarovanın imzaladığı sərəncama əsasən, əvvəllər sözügedən şöbədə sektor müdiri vəzifəsində çalışan Eldar İsmayıl oğlu Əsgərov həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, E.Əsgərov ötən ilin sentyabrında könüllü olaraq Vətən müharibəsinə yollanan igidlərimizdən biri olan Sabir Əsgərovun atasıdır.

ƏvvəlkiÜST “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndini təcili istifadə üçün təsdiqləyib
Növbətiİyunun 2-də Azərbaycanda koronavirusa qarşı 54 mindən çox vaksin vurulub