Milli Kitabxana “Şəfiqə Axundova – 100” adlı virtual sərgi təqdim edib

Bu gün Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 100 ili tamam olur. Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınan Şəfiqə Axundova bir çox instrumental əsərlərin, “Leyla”, “Bəxtiyar ellər”, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” və s. mahnıların, Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romanslarının müəllifidir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şəfiqə Axundova – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr, bəstəkarın kitabları, ənənəvi sərgidə bəstəkarın musiqi əsərlərinin notları, onun haqqında ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Sefiqe_Axundova_100/index.htm linkindən istifadə edə bilər. Ənənəvi sərgi 1 həftə davam edəcək.

ƏvvəlkiSumqayıt-Bakı marşrutu üzrə ekspres avtobuslar xəttə buraxılıb
NövbətiBaş Prokurorluq: Mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır