Millət vəkili: “Daha qlobal problemlərin həllinə diqqət ayırmalıyıq”

“Daha qlobal problemlərin həlli ilə bağlı məsələlərə daha çox diqqət ayırmalıyıq. Misal üçün uşaq pulu, şəhidlərin “qan pulu”, tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı kompensasiyaların ödənilməsi ilə bağlı yaratdığı problemlərin həlli yolları tapılmalıdır”. Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, Azərbaycanın son illərdə iqtisadi inkişafı bu nəticələri ortaya qoyur və bu gün bizim valyuta ehtiyatlarımız 46 milyard dollardan yuxarıdır. “Biz bu vəsaitlərin doğru xəcrlənməsinin yollarını tapa bilsək, israfçılığa yol verməsək, hesab edirəm ki, problemləri həll etmiş olarıq. Biz ölkəmizdəki uşaqların sağlam böyüməsini təmin etməliyik. Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aidiyyatı olmamamlıdır. Biz ölkəmizdə olan uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcək də DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar”. F. Mustafa deyib ki, ailələrin 63 faizində  atanın, nə də ananın rəsmi gəliri var. “Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz. Eyni qaydada da şəhidlərin pulu ilə bağlı son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gərgin və müsbət addımlar atır”.

Deputat həmçinin Bakı metrosunda baş verən problemlərdən də danışıb: “Tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən əziyyət çəkirlər. Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır”. Fazil Mustafa tıxac probleminə də toxunub: “Biz tez-tez tıxac problemindən də danışırıq. Avtobusların, avtomobillərin sayının çox olmasına görə, küçələrdə hərəkət etmək mümkün deyil. Buradan olan deputatlar, hökumət üzvləri də tıxaclardan şikayətlənirlər. Azərbaycanda isə metro tikintisinə maliyyə ayrılmır. Neçə ildir ki, “Papanin”də yol metro tikintisinə görə bağlanıb və növbəti metro stansiyasının 2020-ci ildə hazır olacağını bildirirlər. Metrodan başqa yol yoxdur. Bakıxanovdan əhali artıq illərdir ki, şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Bu məsələlər öz həllini tapmalıdır”.

ƏvvəlkiDeputat Gəncədə yeni körpünün tikilməsini təklif etdi
NövbətiAzay Quliyev: QHT-in dəstəklənməsinə xüsusi ehtiyac var