MDB, ŞƏT və KTMT-nin üzvü olan ölkələrin Müdafiə nazirləri Moskvada görüşəcəklər

Müstəqil Dövlət Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin Müdafiə nazirliklərinin nümayəndələri nazirlərin Moskvada keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə etmək üçün Rusiya paytaxtında bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə MDB, ŞƏT və KTMT nümayəndələri bu təşkilatlara daxil olan ölkələrin Müdafiə nazirlərinin iyunda Moskvada keçiriləcək iclasına hazırlıq məsələləri üzrə müzakirələr aparılır.

Qeyd edək ki, iyunda keçiriləcək iclasda Azərbaycan, Rusiya, Belarus, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və Ermənistan Müdafiə nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

ƏvvəlkiAzərbaycan taekvondoçuları “Turkish Open”dən 6 medalla qayıdır
NövbətiDaşkəsəndə binaların dam örtüyü uçdu, işıqlar söndü – FOTO