Mayis Ağayev və ailə üzvləri koronavirusa yoluxdu

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev və ailə üzvləri yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın məlumatına görə, M. Ağayev bildirib ki, bir neçə gün davam edən hərarət, halsızlıq simptomları ilə əlaqədar təcili tibbi yardıma müraciət edib, özü, həyat yoldaşı və oğlunun koronavirus testinin nəticələri müsbət çıxıb.

Mais Ağayev koronavirusa qalib gələcəklərinə inandıqlarını bildirib.

ƏvvəlkiKoronavirusla əlaqədar pozuntu aşkarlanan mağaza və kafelərin siyahısı
Növbətiİranda karantin rejimi sərtləşdiriləcək