Mayın 1-dən bütün yerlərdə maska tələbi ləğv edilir

Azərbaycanda mayın 1-dən bütün yerlərdə maskadan istifadə tələbi ləğv edilir.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb.

2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

ƏvvəlkiAzərbaycanda korrupsiyaya görə 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 13-ü vəzifəsindən azad olunub
NövbətiXalq artisti Əminə Dilbaziyə həsr olunmuş “Prima” filmi bərpadan sonra təqdim olunub