Mayın 1-dən 5-dək məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq

Azərbaycandakı ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə qaydalara əsasən müəyyən olunmuş günlərdə yaz tətil günləri olacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilmişdi. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi.

ƏvvəlkiBakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb
NövbətiPrezident İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib